TRENDYOL NECƏ ONLAYN ALIŞ-VERİŞ NƏHƏNGİNƏ ÇEVRİLDİ?

Türkiyədən sifariş dediyimiz zaman artıq insanların ağlına gələn ilk ünvan şübhəsiz ki, Trendyol onlayn alış-veriş saytıdır. Müxtəlif çeşidlər təklif etməsi, çatdırılma zamanı etibarlılıq və rahatlıqla istifadə mümkünlüyü “Trendyol”u insanların sevimlisinə çevirmək üçün kifayət edib. Gəlin, bu onlayn alış-veriş nəhənginin hekayəsinə birlikdə nəzər yetirək.

“Trendyol” 2010-cu ildə Demet Mutlu tərəfindən quruldu. Demet Mutlu saytı qurarkən sadəcə qadınlara xidmət etməyi planladı, lakin vaxt ötdükcə xitab etdiyi insan sayını artırmaq üçün hər kəsə açıq olan bir platforma çevirdi. “Trendyol”un əsas böyüməsi isə 2016-cı ildə gerçəkləşdi. Öz tətbiqini istifadəçilərə təqdim edən sayt 80%-lik böyümə əldə etdi. 2016-cı ildə “Trendyol” tətbiqi 5 milyondan çox yüklənildi. Hazırda ölkəmizdə də “Trendyol”un mobil tətbiqi insanlar tərəfindən böyük rəğbət görür.

Türkiyədən sifariş verən insanların ilk müraciət etdiyi ünvanın “Trendyol” olması da təsadüfi deyil. Bu sayt müxtəlif kiçik sahibkarlara satıcılıq etmək imkanı verir və eyni zamanda böyük markalarla əməkdaşlıq edir. Vaxtaşırı həyata keçirdiyi böyük endirim kampaniyaları alıcılar tərəfindən böyük rəğbət görür.

Əvvəlcə əsasən geyim məhsulları satışa həyata keçirən “Trendyol” vaxt keçdikcə satış siyasətini dəyişdi. Artıq təkcə geyimlə kifayətlənmir, bütün növ məhsulların satışını həyatını keçirirlər. Geyim, ev əşyaları, elektronik məhsullar, hətta kitablar və oyunlar “Trendyol”da ala biləcəyiniz məhsulların sadəcə bir hissəsidir.

Hazırda illik 300 milyondan çox məhsul satan “Trendyol” ölkəmizdə də Türkiyədən ən çox sifarişin edildiyi ünvandır. Saytın təşkil etdiyi kampaniyalardan xəbərdar olmaq üçün bizim sosial media hesablarımızı izləyə bilərsiniz. “Trendyol” sifarişlərinizin Türkiyədən etibarlı və sürətli çatdırılması üçün 166 Karqo-nu seçməyiniz kifayətdir. 166 Karqo - xidmətdə sərhədləri aşırıq!