Amerikadan çatdırılma barədə sirlər!

Dünyanın texnoloji baxımdan yeniliklərlə dolu bir dövründə yaşayırıq. Hər an yeni texnoloji məhsul çıxır və hər kəs həmin məhsulları əldə etməyə can atır. Elə bu istəkləri qarşılamaq üçün bir xidmət ortaya çıxır: Amerikadan çatdırılma!

Amerikadan sifariş verən insanlar arasında texnoloji məhsullara maraq daha böyükdür. Black Friday və Cyber Monday günləri ərzində təklif edilən böyük endirimlər yerli alıcıların diqqətini çəkir. Xüsusilə Amazon, BHphotovideo, NewEgg, Micro Center kimi onlayn alış-veriş saytları əvəzolunmazdır. Əlbəttə, burada onlayn alış-veriş nəhəngi “Amazon”a xüsusi diqqət ayırmaq lazımdır.

“Amazon” 1994-cü ildə quruldu. Qurulduğu tarixdə təkcə onlayn kitab alış-verişi üçün nəzərdə tutulsa da, vaxt ötdükcə öz xidmət dairəsini genişlətdi. Artıq “Amazon”da təkcə kitablar yox, texnologiya məhsulları, geyim, mebel, cəvahirat və başqa bir çox şeyin satışı həyata keçirilir. Yerli alıcılar da istədikləri məhsulları həmin ünvanda rahatlıqla tapır, sifariş edirlər. Amerikadan sifariş deyəndə məhsul alınacaq ilk ünvanlardan birinin “Amazon” olması təsadüf deyil. Marka bu uğurunu illərin təcrübəsinə borcludur.

Amerikadan çatdırılma təkcə texnoloji məhsullarla məhdudlaşmır. Məşhur brendlərin trendlə ayaqlaşan məhsulları, makiyaj vasitələri, ev əşyaları digər sifariş edilən mallar arasındadır. Keyfiyyətli makiyaj məhsulları axtaranlar tez-tez Amerikadan sifarişə üstünlük verirlər. Ələlxüsus Sephora, Nordstorm, Rue La La, Kylie Cosmetics kimi onlayn alış-veriş mağazaları bu sahədə diqqət çəkir.

Ümumilikdə, alıcılar beynəlxalq bazar və təkliflərlə maraqlandıqca və məlumatlandıqca Amerikadan sifariş sayında artım müşahidə olunmağa davam edəcək. 166 Karqo ilə Amerikadan çatdırılma zamanı keyfiyyətdən, sürətdən zövq almağınız mümkündür. 166 Karqo xidmətdə sərhədləri aşır!