XARİCDƏN ÇATDIRILMA ŞİRKƏTLƏRİ ALIŞ-VERİŞDƏ ƏNƏNƏVİ TİCARƏTİ ÜSTƏLƏYİR

Koronavirus pandemiyasının bir çox mənfi təsirlərini bilirik. Bunlardan biri də sosial həyatımıza olan təsirləridir. İnsanların vərdiş etdiyi bir çox fəaliyyətlər mövcud vəziyyətə uyğun olaraq artıq dəyişməyə başlayıb. Götürək elə alış-veriş alışqanlıqlarımızı. Ticarət mərkəzlərinin və dükanların karantinə görə bağlanmağı insanları alış-veriş fəaliyyətlərindən məhrum edib.

Sevdiyimiz bu alış-veriş ehtiyaclarımızı ödəmək üçün köməyimizə xarici ölkələrdən online sifariş xidmətləri təklif edən karqo və çatdırılma şirkətləri çatdı. Ölkəmizdə xüsusən Türkiyədən sifariş verənlər üçün Trendyol və bu kimi elektron alış-veriş saytları populyardır. Karqo şirkətləri təkcə Türkiyədən çatdırılma yox, Amerikadan çatdırılma xidmətləri də təklif edir. Müştərilər bu çatdırılma şirkətləri vasitəsilə təkcə geyim, elektronika, kosmetika və s. yox, həmçinin kitab sifarişi də edirlər.

Pandemiyaya görə təkcə Azərbaycanda yox, dünyada da online xidmətlər təklif edən karqo və xaricdən çatdırılma edən şirkətlətin sayı gündən günə artmağa başlayıb. Elektron ticarətlə məşğul olan şirkətlər artıq daha çox tələb görür. Bu gün artıq elektron ticarət ənənəvi ticarətin ciddi rəqibinə çevrilib.