İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR
1.İstifadəçi Razılaşmasının predmeti
1.1. “166 EXPRESS MMC” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq www.166karqo.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.
1.2. Müştərinin “166karqo.az” saytında qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.166karqo.az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.
1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.166karqo.az saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.
1.5. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.
2. Xidmətlərin təsviri
2.1. İcraçı Müştəriyə sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün şirkətin müxtəlif ölkələrdə yerləşən, anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama.
2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.
2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.
3. Sifarişin rəsmiləşdirilməsi
3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.
3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.
3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (166 EXPRESS MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda 166 EXPRESS MMC heç bir məsuliyyət daşımır.
3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət,orijinal və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.
3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Bağlama yalnız alanın im
3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bi
3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir. Adətən bu anbardan göndərilməsi anından etibarən 4-7 iş günü təşkil edir. Bəzi ölkələrdən (məsələn: İngiltərə) bu müddət 14-31 gün təşkil edə bilər.
3.10. Nəqletmənin qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.
3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini müvafiq bi
3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: www.166karqo.az saytında müvafiq bölmədən etibar etdiyi şəxslərin məlumatlarını əvvəlcədən əlavə etmiş olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini və ya şəkilini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə) və ya sifariş edən şəxsin FİN nömrəsini ofislərdə quraşdırılmış növbə apparatında daxil etmiş olsun. Müştəri anlayır və qəbul edir ki, üçüncü şəxs ofislərdə quraşdırılmış növbə apparatında sifariş verən şəxsin FİN (fərdi identifikasiya nömrəsi) kodunu düzgün daxil etdiyi təqdirdə sonradan yaranan bütün iddialar əsassız sayılır.
3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı müştərinin ofislərdə və ya evə çatdırılma sifarişi zamanı yerindəcə heç bir iddia təqdim etmədikdə təsdiq edilmiş sayılır. Müştəri anlayır və qəbul edir ki, bağlamanı təhvil alıb ofisdən ayrıldığdan sonra həmin bağlama barədə bütün iddialar əsassız sayılır.
4. Müştərinin vəzifələri
4.1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.
4.2. Müştərini İcraçını tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.
4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.
4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.166karqo.az şəxsi hesabında izləmək öhdəliyini götürür.
4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.
4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internetmağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək.
4.8. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.166karqo.az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür
4.9. Müştəri anlayır və qəbul edir ki, hər hansı bir yanlışlıq olduğu təqdirdə (Bağlamanın xarici ölkə gömrüyündə yoxlanış üçün saxlanıldığda və ya icraçının anbarında yanlışlığla yola salınmaması hallarında) icraçı bu halı 60 iş günü ərzində araşdıra bilər. 60 gündən öncə məhsulun dəyərinin kompensasiyası ilə bağlı iddialar əsassız sayılır.
5. İcraçının vəzifələri
5.1. İcraçı Müştəriyə www.166karqo.az saytında Xidmətlərin təsvirinə, eləcə də hazırkı Razılaşmanın 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan 166 EXPRESS MMC-yə məxsus anbarların yerləşdiyi müvafiq ölkələrin və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun.
5.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər.
5.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək
5.4. İcraçı xarici ölkələrdə yerləşən anbarlarının ünvanını dəyişərsə bu barədə müştərini SMS və ya whatsapp bildiriş və ya Sosial şəbəkələr vasitəsi ilə xəbərdar edir. www.166karqo.az saytında ünvan dəyişməsi ilə bağlı məlumat əks olunur.
6. Gömrük rəsmiləşdirməsi
6.1.Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.166karqo.az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır
6.2. Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti müştəri daşıyır.
6.3. Malın gömrük rəsmiləşdirilməsinə qədər Xidmət haqqının ödənilməsi mütləq şərtdir.
6.4. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Razılaşmanın 6.1 maddəsində nəzərdə tutulmuş tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) icraçı heç bir məsuliyyət daşımır.
6.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.
6.6 "166 Express" MMC müştəri tərəfindən yanlışlığla qeyd edilən mobil nömrələrə gedən bildirişlərə görə heç bir məsuliyyət daşımır.
7. Daşıma haqqı, daşınma şərtləri və ödəniş
7.1. Müştərinin yüklərinin İcraçının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı www.166karqo.az saytında yerləşdirilib.
7.2. Yükün çatdırılma haqqı Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nəğd şəkildə ödənilə bilər.
7.3. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.
7.4. Müştəri, İcraçının internet səhifəsində (www.166karqo.az internet səhifəsində “Daşınılması qadağandır” ) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır
7.5. Müştərinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.
7.6. Müştəri hazırkı şərtləri qəbul etməknən www.166karqo.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) və eləcədə www.166karqo.az saytında “Daşınma şərtləri” bölməsi ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir:
- Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru
- Çəki və həcm formulası
- Ölçü konvertoru
- Ölçülər cədvəli
- Qabarit çəki hesablamalar
7.7. Hazırkı şərtlərin 7.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən Müştərinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., digər sözlərlə -yükün ona çatdırılması ilə əlaqədar İcraçının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə Müştərinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misalçün - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış, Müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir.
7.8. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.
7.9. Müştəri hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edirki, yükün daşımasından onun imtina tələbi İcraçı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, Müştərinin İcraçıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.
7.10. Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (Kapital Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.
7.11. Müştərinin İcraçının xarici ölkələrdə yerləşən anbarlarında məhsulun təhvil alınmadığı və ya itdiyi barədə iddia etməsi 60 təqvim günü ərzində mümkündür. Həmin müddət keçdiyi andan etibarən bütün iddialar əsassız sayılır
7.12. Müştəri, İcraçının internet səhifəsində (www.166karqo.az internet səhifəsində “Daşınma şərtləri” ) bölməsində qeyd olunan daşınma şərtləri ilə tanış olmalıdır.
7.13. Müştəri internet mağazadan sifariş edərkən İcraçının veb-səhifəsindən xarici ölkədə yerləşən anbarının ünvanını dəqiqləşdirməlidir. Hər hansı bir ünvan dəyişikliyi olarsa bu barədə məlumat yalnız müştərinin şəxsi kabinetində əks edilir.
7.14. Daşıyıcı mövcud bazara uyğun olaraq çatdırılma tariflərini dəyişə bilər. Müştəri anlayır və qəbul edir ki, daşınma haqqı məhsulun xarici anbara daxil olduğu günün tarifinə uyğun olaraq daşıyıcı tərəfindən hesablanır.
8. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər
8.1. İcraçının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 7 (yeddi) gün ərzində Müştəri tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir.
8.2. Hazırkı şərtlərin 8.1-ci maddəsində nəzərdə tutulmuş müddət Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 AZN miqdarında saxlama haqqı tutulur.
8.3. Müştərinin onun adına Yerli ofisinə daxil olmuş bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 45 (qırx beş) təqvim günü müəyyən edilir. 45 (qırx beş) təqvim günündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
8.4. Müştərinin onun adına xarici anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (bildiriş vasitəsi ilə, 166karqo.az saytında bağlamalarım bölməsində) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 45 gün müəyyən edilir. 45 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
8.5. Müştəri anlayır və qəbul edir ki, icraçının xarici ölkələrdə yerləşən anbarlarında bağlamaların Dövlət Gömrük Komitəsinin rəsmi portalına (e.customs.gov.az və ya *Smart Customs*) bəyan edilmədən ödənişsiz saxlanılma müddəti 7 təqvim günü təşkil edir. Hər növbəti təqvim günü üçün saxlanc haqqı hər bir bağlama üçün 0.30 USD olaraq müəyyən edilir.
8.6. Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.
8.7. Hazırkı şərtlərin 8.3-cümaddəsində nəzərdə tutulmuş müddət ötdükdə və Müştəri tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet email vasitəsilə) göstəriş verilmədiyi və yaxud Müştəri tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet emailvasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar İcraçının mülahizəsi əsasında həll edilir.
8.8. Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.
8.9. Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.
8.10. Müştəri anlayır və qəbul edirki İcraçı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına Müştərinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü digər kiçik qablamaya yerləşdirir.
8.11. Müştəri Yerli Anbarda yerləşən bütün bağlamaları eyni anda təhvil almalıdır. Bağlamaların ayrı ayrılığda təhvil alınması nəzərdən keçirilmir.
8.12. Müştəri anlayır və qəbul edir ki, xüsusi endirim və sıxlıq halları baş verərsə (məsələn: Qara Cümə və s.) icraçı əvvəlcədən rəsmi xəbərdarlıq (rəsmi veb sayt, tətbiq və ya sosial şəbəkələr üzərindən) etməklə razılaşmanın 8.1 və 8.4.1 bəndində qeyd edilən ödənişsiz saxlama müdətini azatmaq hüququna malikdir.
8.13. Müştəri anlayır və qəbul edir ki, İcraçının yerli anbarına daxil olan bağlamaları ən qısa zamanda təhvil almalıdır. Eyni zamanda bu razılaşmaya əsasən müştəri qəbul edir ki, Yerli anbarda 14 (on dörd) gündən çox təhvil alınmayan bağlamalar barədə Müştəri tərəfindən qaldırılan bütün iddialar əsassız sayılır.
9. Baxışın keçirilməsi hüququ
9.1. Müştəri anlayır və qəbul edirki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.
10. Yüklərin qorunmasına görə məsuliyyət
10.1. İcraçının, Müştəri tərəfindən internet üzərindən alınan və İcraçıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün Müştəriyə təhvil verilən anadək davam edir.
10.2. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.
11.Yükün sığortalanması, zədələnməsi və iddianın verilməsi
11.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.
11.2. Müştərinin daşıma üçün İcraçıya təqdim etdiyi yük İcraçının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, İcraçı zədə və yaxud korlanma faktına əsasən yükün tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər. Dəymiş ziyan yalnız icraçının yükün korlanması halını qəsdən törətdiyini sübut edəndən sonra qüvvəyə minir. Sifarişçi tərəfindən öncədən istifadə edilmiş məhsul sifariş edilibsə - kompensasiya nəzərdən keçirilə bilməz.
Bağlama İcraçının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə bu razılaşmanın 3.5-ci bəndinin şərtlərinə uyğun olaraq qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın İcraçı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzində tapılmadığı təqdirdə Müştəriyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, Müştəri yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Kompensasiya müddəti 14-21 iş günü ərzində icra edilir. Bura aiddir:
- İnternet mağazanın təqdim etdiyi order,
- invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır)
- Bank hesabından çıxarış ( ödənişin təsdiqini sübut edən
bildiriş )
İcraçı bağlamanın onun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda Müştəri kuryer şirkətinin sözügedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən (razılaşmanın 3.5-ci bəndinə uyğun) sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imz
- Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır)
- Bank hesabından çıxarış ( ödənişin təsdiqini sübut edən
bildiriş ) - Bağlamanın İcraçının anbarına qəbul edildiyini sübut edən i
ı sənədmza l
11.3 Müştəri yükü İcraçının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda İcraçını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk edəndən sonra yükün tərkibində hər hansı bir əşyanın çatışmadığı və ya zədələndiyi iddiası qəbul edilmir.
11.4 Müştərinin İcraçının xarici ölkələrdə yerləşən anbarlarında məhsulun təhvil alınmadığı və ya itdiyi barədə iddia etməsi 60 təqvim günü ərzində mümkündür. Həmin müddət keçdiyi andan etibarən bütün iddialar əsassız sayılır.
12.1. Müştəri "Sifariş et" xidmətindən istifadə edərkən və eləcə də "TL" balansını artırarkən nəzərə almalıdır ki, sifarişlə bağlı hər hansı bir çətinlik olsa (məs.: ölçünün bitməsi, məhsulun düzgün yerləşdirilməməsi, məhsulun bitməsi, qeyd edilən mağazadan sifariş etmək mümkün olmadığı halda, mağaza tərəfindən sifariş sonradan imtina edildikdə və s.) ödənilən vəsait mağaza tərəfindən qaytarıldığdan sonra YALNIZ Sifariş ("TL") Balansına (24-72 saat ərzində) geri qayıdır. Həmin balans ilə yeni sifarişlər həyata keçirilə bilər. Sifarişlərin yerləşdirildiyi zaman qeyd edilən əməliyyat komissiyası mövcud Sifariş ("TL") Balansından (Qeyd: "TL balansdan ödə" düyməsi klikləndikdə) edilən ödəmələr zamanı nəzərə alınmır.
13. Fors Major
13.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi hava şəraiti, xarici ölkə ərazisində gözlənilməyən hadisələr (o cümlədən reyslərin ləğv edilməsi və ya dövr üzrə nəqliyyat vasitələrinin mövcud olmaması) təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, xarici və yerli səlahiyyətli orqanlar tərəfindən daşınan yüklərin müvafiq yoxlamalarının hər hansı bir səbəbdən uzanması, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.
13.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.
13.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.
13.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks iləməlumatlandırmalıdır.
13.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.
14. Digər hallar
14.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir.
14.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.
14.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.
15. Müddət
15.1 İstifadəçi şərtləri müştəri tərəfindən “İstifadə şərtlərini oxudum, razıyam” yazısını sıxdığı andan qüvvəyə minir