Daşınma şərtləri

   Şirkətimiz məhsulun keyfiyyətinə və orijinallığına, məhsulun mağazanın ambarında olub-olmamasına, məhsulu sifariş verdiyiniz mağazadan vaxtında çatdırılmasına görə məsuliyyət daşımır. Bağlama xarici anbara daxil olduqdan sonra, geri mağazaya qaytarılmır. Yalnız Azərbaycana daşınması qadağan olan məhsullar geri mağazaya qaytarıla bilər.

   “Daşıyıcı” xarici anbarlarında bağlamaları təhvil alarkən üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olan bağlamaların daxilindəki məhsulların zədələnib-zədələnmədiyini yoxlayır. Üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olmayan bağlamaların tərkibindəki məhsulların qırılması, əzilməsi, zədələnməsi kimi hallarda “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün, rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda sifarişçi problemin aradan qaldırması üçün iradını ancaq satıcı mağazaya bildirə bilər.

   Sifarişlərinizi növbəli şəkildə yerinə yetiririk. Sifariş vermə prosesində hər hansı bir problem yaranarsa (ölçünün bitməsi, məhsulun düzgün yerləşdirilməməsi, məhsulun bitməsi, qeyd edilən mağazadan sifariş etmək mümkün olmadığı halda, müəyyən bir kampaniyanın başa çatması, ödənişin həyata keçirilməsində problemlərin yaranması və s.), məhsul və xidmətlər üçün ödənilən məbləği sizə qaytaracağıq. Ödənilən vəsait YALNIZ Sifariş Balansına (24-72 saat ərzində) qayıdacaq. Məhsulların sifarişi və çatdırılması yalnız məhsul və xidmətlərin dəyəri istifadəçi tərəfindən ödənildikdən sonra həyata keçirilir.

Əgər məhsullar mağazadan anbarımıza ayrı bağlamalarda gəlsə, hər bir bağlama üçün çatdırılma dəyəri ayrıca hesablanacaq. 166 Cargo-nun bağlamaların birləşdirilməsi xidmətini həyata keçirmir. Satıcı firma Sizin sifarişlərinizi bizim xaricdəki anbara necə təqdim edirsə, biz də məhsulları eynilə Sizə çatdırırıq. Məhsullar ofisimizə çatdırıldıqda müştəriyə sms və ya elektron poçt vasitəsilə bildiriş gələcək. Bağlamanı ofisimizdən özünüz götürə bilərsiniz və ya ünvana çatdırılma xidmətimizdən yararlana bilərsiniz.

Daşınma zamanı bağlamanın həcm çəkisi ilə fiziki çəkisi arasında fərq 15 kiloqramdan çox olarsa, daşınma haqqı ən yüksək olan çəki göstəricisi əsasında hesablanacaqdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlara uyğun olaraq, daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq, iki cür hesablana bilər:

  • 1) Fiziki çəki;
  • 2) Həcm çəkisi.

Bağlamaların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə), əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir.

Məhsulların çatdırılma ödənişi tariflərə uyğun, çəkidən asılı olaraq ölkəyə əsasən hesablanır. Əgər bağlamanızın ölçüsü Türkiyə üçün 60 santimetr və yuxarı olarsa, tarifin hesablanması üçün həcm çəkisi tətbiq olunacaqdır və çatdırılma dəyəri aşağıdakı üsulla hesablanacaqdır:

(Eni (sm) x Hündürlük (sm) x Uzunluq (sm)) / 6000) x 6.46 AZN (3.80 usd)

Çəkisi (fiziki və ya həcmi) 1 KQ-dan yuxarı bağlamalar üçün daşınma haqqı: Çəki (fiziki və ya həcmi) x Ölkə üzrə tarif

Əgər ABŞ-dan gələn bağlama 60 santimetr və yuxarı olan bağlamaların çatdırılma dəyəri aşağıdakı üsulla hesablanır:

(Eni (sm) x Hündürlük (sm) x Uzunluq (sm)) / 6000) x 13.59 AZN (7.99 usd)

Çəkisi (fiziki və ya həcmi) 1 KQ-dan yuxarı bağlamalar üçün daşınma haqqı: Çəki (fiziki və ya həcmi) x Ölkə üzrə tarif

Əgər İngiltərədən gələn bağlama 60 santimetr və yuxarı olan bağlamaların çatdırılma dəyəri aşağıdakı üsulla hesablanır:

(Eni (sm) x Hündürlük (sm) x Uzunluq (sm)) / 6000) x 17.85 AZN (7.95 GBP)

Çəkisi (fiziki və ya həcmi) 1 KQ-dan yuxarı bağlamalar üçün daşınma haqqı: Çəki (fiziki və ya həcmi) x Ölkə üzrə tarif

Ingiltərədən daşınmalar 14-31 gün ərzində həyata keçirilir. Məhsulların zədələnməsi ilə əlaqəli problemlərin qarşısını almaq üçün, məhsulu ofisimizdə və ya çatdırılma zamanı kuryerin yanında yoxlayın. Əks təqdirdə, məhsulunuzun zədələnməsinə görə cavabdeh deyilik. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətində fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məhsulları sifariş edə bilər. Fiziki dəyəri 300 dolları keçərsə, qanuna uyğun olaraq gömrük rüsumu ödənilir.

300 ABŞ dolları limitinə məhsulun dəyəri və daşınma haqqı daxildir. Dəyəri limitdən artıq olan bağlamalar səlahiyyətli orqan tərəfindən gömrükdə saxlanılır. Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunveriliciyə uyğun olaraq 36%-dək gömrük rüsumu ödənilir. Azərbaycan Respublikasına idxalı qadağan olunmuş məhsulların çatdırılmasını həyata keçirmirik.

Hörmətli müştəri Türkiyə,Amerika və İngiltərə sifarişləri zamanı diqqət etməli olduğunuz məqam : Məhsulun və ölkədaxili kargo məbləğini ödəmədiyiniz təqdirdə bağlamanız Xaricdəki anbarlarımız tərəfindən təslim alınmayacaqdır.